İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb
Digər ölkələr
- 25 yanvar, 2026
- 15:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İndoneziyanın Qərbi Yava əyalətində baş verən torpaq sürüşməsi qurbanlarının sayı 16-ya çatıb.
"Report" bu barədə "Xinhua" agentliyinə istinadən xəbər verir.
Regional polis sözçüsü meyitlərin Qərbi Bandunqun Çisarua ərazisində aşkarlandığını bildirib. Tapılan 16 meyitdən yalnız yeddisinin şəxsiyyəti müəyyən edilib. Qalan qurbanların kimliyi DNT testi vasitəsilə müəyyən edilir və şəxsiyyəti naməlum olan meyitlər müvəqqəti yerli xəstəxanada saxlanılır.
Bundan əvvəl İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi (NSA) dağıntılar altında qaldığı güman edilən təxminən 80 nəfəri axtarmaq üçün təxminən 250 nəfərlik heyət göndərmişdi.
Son xəbərlər
10:01
Bakıda Azərbaycan və İtaliya arasında axtarış-xilasetmə sahəsində ekspert görüşü keçirilib
Hərbi
09:56
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurub
Maliyyə
09:52
"Rabitəbank"ın balans kapitalı 7 % azalıb
Maliyyə
09:43
Foto
Regional Turizm Şuralarının iclasları keçirilib
Turizm
09:41
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
Energetika
09:39
UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır
Futbol
09:35
"PAŞA Bank" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
09:34
IMF: Ticarətin şaxələndirilməsi Cənubi Qafqazda iqtisadi artımda mühüm əhəmiyyət daşıyır
Biznes
09:27
U-23 dünya çempionatı: Günay Qurbanova finala yüksəlib, Ruslan Nurullayev bürünc medal qazanıb
Fərdi