İndoneziyada təbii fəlakət nəticəsində ölənlərin sayı 26-ya çatıb, 80 min insan evakuasiya olunub

Digər ölkələr
  • 11 mart, 2024
  • 07:32
İndoneziyada təbii fəlakət nəticəsində ölənlərin sayı 26-ya çatıb, 80 min insan evakuasiya olunub

İndoneziyanın Qərbi Sumatra əyalətində daşqın və sürüşmə qurbanlarının sayı 26 nəfərə çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Xilasetmə Əməliyyatları Mərkəzi (BNPB) məlumat yayıb.

Məlumata görə, xilasedicilər hələ də 11 nəfəri axtarır.

Qeyd edək ki, 80 min insan evakuasiya olunub.