İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 303 nəfərə çatıb - YENİLƏNİB

Digər ölkələr
  • 29 noyabr, 2025
  • 15:45
İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 303 nəfərə çatıb - YENİLƏNİB

İndoneziyanın qərbindəki Şimali Sumatra əyalətində daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 303 nəfərə çatıb.

"Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Agentliyi bildirib.

Daha əvvəl 248 nəfərin həlak olması, 100-dən çox insanın itkin düşməsi haqqında məlumat verilmişdi.

Musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində çaylar məcrasından çıxıb, minlərlə ev və binaya ziyan dəyib. Təxminən 3 min ailə təxliyə edilib.

İndoneziyanın qərbində yerləşən Şimali Sumatra əyalətində daşqın və sürüşmələr nəticəsində ölənlərin sayı 248 nəfərə çatıb.

Bu barədə "Report" xarici mediaya istinadən məlumat verir.

100-dən çox insan itkin düşüb və onların sayının artacağı ehtimal olunur.

Dağılmış infrastruktur xilasetmə əməliyyatlarının aparılmasını çətinləşdirir - yollar, körpülər və rabitə xətləri zədələnib. Bundan başqa, xilasedicilərin axtarış işlərini aparması üçün ağır texnika çatışmır.

Musson yağışları nəticəsində baş verən daşqınlar çayların daşmasına və minlərlə ev və digər tikililərin dağılmasına səbəb olub. 3 minə yaxın ailə təxliyə olunub.

Qeyd edək ki, son bir neçə gündə güclü yağışlar İndoneziya, Tailand, Malayziya və Şri-Lankada daşqınlara səbəb olub.

Son xəbərlər

Bütün Xəbər Lenti