İMQ Qəzzanın şimalında HƏMAS-a aid tunelin məhv edildiyini açıqlayıb

Digər ölkələr
  • 15 noyabr, 2025
  • 22:31
İMQ Qəzzanın şimalında HƏMAS-a aid tunelin məhv edildiyini açıqlayıb

İsrail Müdafiə Qüvvələri (İMQ) HƏMAS tərəfindən təxminən bir il əvvəl hərbçilərə qarşı ölümcül hücum təşkil etmək üçün istifadə olunan Qəzza zolağının şimalındakı tuneli məhv edib.

"Report"un "The Times of Israel"ə istinadən məlumatına görə, bu barədə İMQ-nin mətbuat xidməti açıqlama yayıb.

İMQ bildirib ki, tunelin uzunluğu təxminən bir kilometr, dərinliyi isə onlarla metr olub.

Xatırladaq ki, 2024-cü ilin dekabrında HƏMAS-ın hücumu nəticəsində "Kfir" briqadasının "Şimşon" batalyonundan üç israilli hərbçi həlak olmuşdu.

Qeyd olunur ki, son həftələrdə "Şimşon" batalyonunun hərbçiləri Beit-Hanun bölgəsində, İsrail tərəfinin "sarı xətt" adlanan hissəsində fəaliyyət göstərərək HƏMAS-ın qalan infrastrukturunu, o cümlədən hücum üçün istifadə olunan tuneli məhv etməyə çalışıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti