Lekornyuya qarşı etimadsızlıq səsverməsi dəstək qazanmayıb - YENİLƏNİB
- 16 oktyabr, 2025
- 15:24

Fransanın Baş naziri Sebastyan Lekornyu bu gün keçirilən ikinci etimadsızlıq səsverməsindən də uğurla çıxıb.
Bu barədə "Report" Fransa mediasına istinadən xəbər verir.
Sağ millətçi "Milli Birlik" və "Respublika Uğrunda Sağçılar Birliyi" partiyalarının təşəbbüsü ilə baş nazirə etimadsızlıq votumunun lehinə cəmi 144 deputat səs verib, hökumətin istefası üçün isə ən azı 289 səs tələb olunurdu.
Fransa parlamenti Sebastyan Lekornyunun hökumətinə qarşı etimadsızlıq qətnaməsini rədd edib.
"Report" xəbər verir ki, bu barədə "France 24" televiziya kanalı məlumat yayıb.
Bildirilib ki, "Əyilməz Fransa" tərəfindən təqdim edilmiş hökumətə etimadsızlıq səsverməsi haqqında qətnamə layihəsi müzakirə edilib.
Qətnamənin qəbul edilməsi üçün 289 səs tələb olunur, lakin layihəni 271 deputat dəstəkləyib.