İƏT İsrailin İordan çayının qərb sahili üzərində nəzarəti bərqərar edən qanunlarını pisləyir
- 23 oktyabr, 2025
- 22:15

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlər İsrailin İordan çayının qərb sahili üzərində tam hüquqi nəzarəti bərqərar edən qanun layihələrini pisləyib.
"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Səudiyyə Ərəbistanı, İordaniya, İndoneziya, Pakistan, Türkiyə, Cibuti, Oman, Qambiya, Fələstin, Qətər, Küveyt, Liviya, Malayziya, Misir, Nigeriya – Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı – İsrail Knessetinin İordan çayının qərb sahili üzərində suverenliyini nəzərdə tutan qanun layihələrini təsdiq etməsini pisləyiblər. Bu addım beynəlxalq hüququn və BMT qətnamələrinin pozulması kimi qiymətləndirilib", - bəyanatda deyilir.
Təşkilat ölkələri Beynəlxalq Ədalət Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli qərarını alqışlayıblar. Bu qərar İsrailin İsrailin Fələstin ərazilərinin sakinlərinə qarşı öhdəliklərini, o cümlədən yaşamaq hüququ, işgəncələrdən müdafiə hüququ, hərəkət azadlığı, təhlükəsizlik, yaşayış yerinin qorunması, mənzil hüququ, sağlamlıq, təhsil və ayrı-seçkilikdən müdafiə hüququnu əks etdirir.