​İtaliyada Əfqanıstan və İraqdan olan 70 miqrant xilas edilib

Digər ölkələr
  • 24 may, 2015
  • 23:54
​İtaliyada Əfqanıstan və İraqdan olan 70 miqrant xilas edilib

Bakı. 25 may. REPORT.AZ/ İtaliyanın Sahil Mühafizə Xidmətinin əməkdaşları Əfqanıstan və İraqdan ölkənin cənub-şərq sahillərinə üz tutan 70 qeyri-leqal mühaciri xilas edib.

"Report" xəbər verir ki, tamamilə dolu gəmi ilə İtaliyaya getməyə çalışan insanlar iki katerlə Apuliya əyalətinin Santa-Mariya di Leuka limanına çatdırılıblar.

Xilas edilənlər arasında iki qadın və dörd yetkinlik yaşına çatmayan şəxs olub.

Ötən həftə Sahil Mühafizə Xidməti İtaliya ərazisinə keçmək istəyən 900-dən artıq qeyri-leqal miqrantın həyatını xilas edib.