İtaliyada 20 il axtarışda olan mafioz tutulub
Digər ölkələr
- 27 iyun, 2016
- 01:32
Bakı. 27 iyun. REPORT.AZ/ İtaliya mafiyasının 20 il axtarışda olan bossu Ernesto Fatssalari İtaliyanın cənub regionu Kalabriyada polis əməkdaşları tərəfindən saxlanılıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, onu ömürlük həbs cəzası gözləyir.
Polis 46 yaşlı Fatssalarini düz onun yatağında yaxalayıb, o, müqavimət göstərməyib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Fatssalari narkotik ticarəti və qanunsuz kapitalın dövriyyəsi ilə məşğul olan "Ndranqeta" cinayətkar qruplaşmasının üzvüdür.
Ernesto Fatssalari ilk dəfə 1996-cı ildə həbsdən yayınıb. O, 1999-cu ildə qətl, adam öldürməyə cəhd, həmçinin dələduzluq maddələri də daxil olmaqla, bir neçə cinayət üzrə qiyabi olaraq məhkum edilib.
Son xəbərlər
09:17
Ukrayna "Wildberries" anbarlarına zərbələri davam etdirir
Region09:14
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
Energetika09:14
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Futbol09:11
"Azəristiliktəchizat" vətəndaşlara müraciət edib
Energetika09:11
Beyləqanda kanalda bir nəfər batıb
Hadisə09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (07.08.2026)
Maliyyə08:56
Bakının üç rayonunda və Mingəçevirdə işıq olmayacaq
Energetika08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (07.08.2026)
Maliyyə08:52