​İtaliya senatı Holokost soyqırımı ilə bağlı sənəd təsdiqləyib

Digər ölkələr
  • 13 fevral, 2015
  • 09:49
​İtaliya senatı Holokost soyqırımı ilə bağlı sənəd təsdiqləyib

Bakı. 13 fevral. REPORT.AZ/ İtaliya Senatı Holokost soyqırımının inkarının cinayət hərəkəti olması ilə bağlı qanun layihəsini təsdiqləyib.

"Report" İtaliyanın "The Local" agentliyinə istinadən xəbər verir ki, bu sənədin lehinə 234, əleyhinə 3 senator səs verib. 8 senator bitərəf qalıb.

Bu qanun layihəsinə əsasən insanlığa qarşı törədilən cinayətlərin inkar edilməsi cinayət hərəkəti sayılacaq.

Xatırladaq ki, sənəd İtaliya parlamentinin Aşağı Palatasında təsdiqləndikdən sonra qüvvəyə minəcək.