İtaliya sahillərində qəza nəticəsində 400-ə yaxın miqrant ölüb

Digər ölkələr
  • 14 aprel, 2015
  • 16:46
İtaliya sahillərində qəza nəticəsində 400-ə yaxın miqrant ölüb

Bakı. 14 aprel. REPORT.AZ/ İtaliya sahillərində göyərtəsində Liviyalı miqrantların olduğu qayıqların çevrilməsi nəticəsində 400 yaxın insan ölüb.

Bu xəbəri "Report" Gazeta.Ru saytına istinadən verir.

Daha əvvəl verilən məlumata görə, 1 500-ə yaxın Liviya sakini 5 qayıqla İtaliyaya səfər etməyə cəhd etsələr də hava şəraiti səbəbi ilə qayıqılar çevrilmişdi.