​İtaliya prezidenti istefa vermək niyyətində olduğunu bildirib

Digər ölkələr
  • 01 yanvar, 2015
  • 23:02
​İtaliya prezidenti istefa vermək niyyətində olduğunu bildirib

Bakı. 2 yanvar. REPORT.AZ/ İtaliya prezidenti Corco Napolitano Yeni il bayramı münasibəti ilə etdiyi televiziya müraciətində vaxtından əvvəl istefa vermək niyyətində olduğunu bildirib.

"Report" xəbər verir ki, 89 yaşlı siyasətçini belə bir qərar verməsinə yaşının çox olması sövq edib.

Napolitano bunun məhz nə zaman baş verəcəyini açıqlamayıb, lakin ehtimal olunur ki, o, yanvarın 13-də vəzifəsindən gedə bilər.

Corco Napolitanonun prezidentlik müddəti 2020-ci ildə başa çatacaq.