İsveçin koronavirusla bağlı strategiyasının çökdüyü iddia edilir
- 15 aprel, 2020
- 13:01
Yeniliklərdən dərhal xəbərdar olun!
İsveçdə koronavirusdan ölənləri sayı 1 203 nəfərə çatıb.
“Report” “Worldometers”ə istinadən xəbər verir ki, son sutkada ölkədə daha 170 nəfər pandemiyanın qurbanı olub.
Bundan başqa, krallıqda daha 482 nəfər koronavirusa yoluxub və bununla da infeksiya daşıyıcılarının sayı 11 927-yə çatıb.
Eyni zamanda ölkədə bu günədək 381 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.
Məlumatlara görə, bunu İsveçin “kütlə toxunulmazlığı immuniteti” strategiyasının iflasa uğraması kimi dəyərləndirirlər. Avropa və digər ölkələrin sərt tədbirlərindən fərqli olaraq, İsveç “kütlə toxunulmazlığı immuniteti” strategiyasına əməl edəcəklərini və vətəndaşlara məhdudiyyət qoymayacaqlarını açıqlamışdı.
Mütəxəssislər Finlandiyanı nümunə göstərərək İsveçdə də məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsini təklif edirlər.