İstanbul Prokurorluğu Səudiyyə vəliəhdinin keçmiş müşavirinin həbsini tələb edib

Digər ölkələr
  • 05 dekabr, 2018
  • 08:54
İstanbul Prokurorluğu Səudiyyə vəliəhdinin keçmiş müşavirinin həbsini tələb edib

Bakı. 5 dekabr. REPORT.AZ/ İstanbul Prokurorluğu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın keçmiş müşaviri Səud bin Abdullah əl-Kahtani və Baş Kəşfiyyat İdarəsi sədrinin müavini, general Əhməd Asirinin jurnalist Camal Qaşıqçı cinayəti çərçivəsində həbsini tələb edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlar jurnalistin öldürülməsini planlaşdırmaqda şübhəli bilinirlər.

Qeyd edək ki, oktyabrın 2-də “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Onun qətlinin Krallıqda planlaşdırıldığı bildirilib.

44 filmi