İsrail Qəzzaya zərbələr endirib, ölənlər var - YENİLƏNİB-2

Digər ölkələr
  • 26 iyul, 2018
  • 01:13
İsrail Qəzzaya zərbələr endirib, ölənlər var   - YENİLƏNİB-2

Bakı. 25 iyul. REPORT.AZ/ İsrailin Qəzza sektorunu atəşə tutması nəticəsində ölənlərin sayı artıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, atəş nəticəsində 3 fələstinli həlak olub, daha 1 nəfər ağır yaralanıb.

Qeyd edək ki, daha əvvəl atəş zamanı 2 fələstinlinin həlak olduğu bildirilirdi. 


***22:11

İsrailin Qəzza sektorunu atəşə tutması nəticəsində 2 fələstinli ölüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, atəş nəticəsində həmçinin 1 nəfər də ağır yaralanıb. Qeyd edək ki, İsrail Fələstinlə sərhəddə əsgərinin atəşə tutulmasına cavab olaraq HƏMAS-ın Qəzza sektorundakı postlarına hücum edib.


***21:40

İsrail Fələstinlə sərhəddə əsgərinin atəşə tutulmasına cavab olaraq HƏMAS-ın Qəzza sektorundakı postlarına hücum edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun press-relizində bildirilir.

"Bu gün terrorçular Qəzza sektorunun cənub hissəsindən əsgərə atəş açıblar. İsrail ordusu buna cavab olaraq HƏMAS-ın Qəzza sektorundakı hərbi postlarına zərbələr endirib", - deyə rəsmi məlumatda bildirilir.