İspaniyada hərbi təyyarə "Coca-Cola" zavodunun üzərinə düşüb
Digər ölkələr
- 09 may, 2015
- 12:55
Bakı. 9 may. REPORT.AZ/ Sevilya şəhərində (İspaniya) "Airbus A400" hərbi-nəqliyyat təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. "Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə EFE agentliyi məlumat yayıb.
Bir sıra mətbuat vasitələrinin məlumatına görə, yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə saat 16:00-da) təyyarə "Coca-Cola" zavodunun ərazisinə düşüb. Qəzanın səbəbləri açıqlanmır.
"AirLive.net" portalının məlumatına görə, təyyarənin göyərtəsində 7 nəfərin olduğu ehtimal edilir
Hadisə səbəbindən Sevilya aeroportu bağlanılıb.
"A400" təyyarəsinin tutumu 37 min ton yük və ya 120 desantçı daşımağa imkan verir.
Son xəbərlər
22:50
"Barselona" "Mançester Yunayted"in Qavi üçün göndərdiyi təklifi qəbul etməyib
Futbol22:41
İndoneziyada 5,5 maqnitudada zəlzələ olub
Digər ölkələr22:23
İsrailin Qəzzada polis bölməsinə hava hücumu nəticəsində doqquz nəfər ölüb
Digər ölkələr22:03
Azərbaycan güləşçisi Ayxan Cavadov U-20 dünya çempionatında qızıl medal qazanıb
Fərdi22:00
Astarada bir nəfər dənizdə batıb
Hadisə21:51
"Qarabağ" - "Tvente" oyununun biletləri satışa çıxarılıb
Futbol21:46
Ermənistanın yeni Konstitusiyasının qəbulu Nazirlər Kabinetinin proqramının layihəsinə salınıb
Region21:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 70-i ötüb
Digər ölkələr21:02