İŞİD yaraqlıları İraqın qərbində 170 nəfəri oğurlayıb
Digər ölkələr
- 16 yanvar, 2015
- 05:53
Bakı. 16 yanvar. REPORT.AZ/ "İslam Dövləti" qruplaşmasının yaraqlıları İraqın qərbində 172 sakini oğurlayıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə dünən Ənbar əyalətindəki Əl-Fəlluca şəhərində baş verib.
"İŞİD yaraqlıları Əl-Fəllucanın 172 sakinini İraqın təhlükəsizlik qüvvələrini dəstəkləyən "Əs-Səhva" üzvlərinə dəstək göstərməkdə ittiham edərək, qaçırıb", - ölkənin təhlükəsizlik qüvvələrindəki mənbədən bildiriblər. Oğurlanan şəxslərin taleyi məlum deyil.
İraqda "İslam Dövləti" terror qruplaşmasına qarşı mübarizə aparan "Əs-Səhva" hökumətyönümlü birləşmənin üzvləri fəaliyyət göstərir.
İŞİD yaraqlıları dəfələrlə "Əs-Səhva" tərəfdaşlarına, eləcə də birləşmənin üzvlərinə hücum ediblər.
Son xəbərlər
00:39
Sulutəpədə avtoservisdə yanğın baş verib
Hadisə00:11
Valdas Dambrauskas: "Orhus"a qarşı görüşdə bərabərliyə layiq idik"
Futbol23:56
Ədən körfəzində neft tankerinə hücum edilib
Digər ölkələr23:32
Klaas Knot Avropa Mərkəzi Bankının prezidenti ola bilər
Digər ölkələr23:18
Tbilisi-Bakı qatarı gecikmə ilə yola düşüb
İnfrastruktur23:09
Pezeşkian: ABŞ ilə İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi
Region23:08
Foto
Video
Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub olub - YENİLƏNİB-6
Futbol22:41
İspaniya və Ekvador narkotik şəbəkəsinə qarşı ən böyük əməliyyat keçirib
Digər ölkələr22:31