İŞİD yaraqlıları 30 iraqlı polisi girov götürüb

Digər ölkələr
  • 27 sentyabr, 2017
  • 09:13
İŞİD yaraqlıları 30 iraqlı polisi girov götürüb

Bakı. 27 sentyabr. REPORT.AZ/ İŞİD terror qruplaşmasının yaraqlıları azı 30 iraqlı polisi girov götürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, insident Ramadinin cənub-qərbində, Bağdaddan 100 km aralıda baş verib.

Qeyd edək ki, Anbar vilayətinin inzibati mərkəzi olan Ramadi şəhərinin cənub-qərbində İŞİD yaraqlılarının bir sıra müqavimət ocaqları qalır.

Xatırladaq ki, sentyabrın 16-da İraqın hökumət qüvvələri Anbarda terrorçuların mövqelərinə doğru genişmiqyaslı hücumlara başlayıb.