İŞİD terrorçuları İraqın Kərkük şəhəri yaxınlığında iki kəndi işğal ediblər

Digər ölkələr
  • 16 oktyabr, 2017
  • 22:55
İŞİD terrorçuları İraqın Kərkük şəhəri yaxınlığında iki kəndi işğal ediblər
"Reuters"

Bakı. 17 oktyabr. REPORT.AZ/ İŞİD terrorçuları İraqın şimal-qərbində, Kərkük şəhəri yaxınlığında iki kəndi işğal ediblər.

"Report" xəbər verir ki, bu barədə "Al-Sumaria" telekanalı mənbəyə istinadən xəbər verib.

Qeyd olunur ki, terrorçuların gəlişi vaxtı kəndlərin onlarla sakini evlərindən qaçıb. Hazırda terrorçularla hökumət qüvvələri arasında atışma gedir.

Daha əvvəl İraq ordusu ölkənin şimalında Kərkükü – vilayətin eyniadlı inzibati mərkəzini ələ keçirib. İraq hökuməti bildirib ki, orduya yerli kürdlərlə hər hansı qarşıdurmaya getməmək barədə və ancaq özünümüdafiə çərçivəsində hərəkət etmək əmri verilib.