Suriyada təqribən 2 min insan İŞİD terrorçuları tərəfindən qətlə yetirilib
Digər ölkələr
- 28 dekabr, 2014
- 18:34
Bakı. 28 dekabr. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri Suriyada təqribən 2 min insanı qətlə yetiriblər.
"Report" xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Rəsədxanası məlumat yayıb.
2014-cü il 28 iyun - 27 dekabr tarixləri aralığında 1175 nəfər İŞİD terrorçularının qurbanı olub. Onların arasında dörd uşaq və səkkiz qadının olduğu bildirilir. Rəsədxananın məlumatına görə, dinc sakinlər başları kəsilərək yaxud güllələnərək öldürülüblər.
Terrorçular hökumət qüvvələri ilə toqquşmalar zamanı əsir düşən 500-dən artıq insanı edam ediblər.
Rəsədxana əməkdaşları ölənlərin real sayının sənəd üzərində göstəriləndən çox olduğunu ehtimal edirlər.
Son xəbərlər
01:42
Avstriyada yeni temperatur rekordu qeydə alınıb
Digər ölkələr01:13
Argentinada 45-dən çox taxıl gəmisi tətil səbəbindən limanı tərk edə bilmir
Digər ölkələr00:50
Britaniya hökuməti məhbusların vaxtından əvvəl azad edilməsi proqramını davam etdirəcək
Digər ölkələr00:11
Bayraktar: Fars körfəzi ölkələri qaz təchizatı marşrutunun bir hissəsi ola bilər
Region00:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Hərbi23:46
Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb
Digər ölkələr23:33
Özgür Özelin toxunulmazlığının ləğvi tələb edilib
Region23:15
Al Tani Trampla ABŞ və İran arasında gərginliyin azaldılmasını müzakirə edib
Digər ölkələr22:58