İŞİD-in Mosulu atəşə tutması nəticəsində 10 nəfər ölüb, 34-ü yaralanıb

Digər ölkələr
  • 20 dekabr, 2016
  • 23:05
İŞİD-in Mosulu atəşə tutması nəticəsində 10 nəfər ölüb, 34-ü yaralanıb

Bakı. 21 dekabr. REPORT.AZ/ İŞİD terror təşkilatının İraqın Mosul şəhərini atəşə tutması nəticəsində 10 dinc sakin ölüb, 34 nəfər yaralanıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə şəhərin şərq hissəsində yerləşən Gökçəli məhəlləsindəki səhra xəstəxanasının həkimi Musəb Mahmud məlumat verib.

O, xəstəxanaya yerləşdirilən yaralılardan 5-nin vəziyyətinin ağır olduğunu və onların Ərbil xəstəxanasına göndərildiyini bildirib.

44 - Tezliklə