​İŞİD-in Əfqanıstandakı liderlərindən biri öldürülüb

Digər ölkələr
  • 11 iyul, 2015
  • 12:15
​İŞİD-in Əfqanıstandakı liderlərindən biri öldürülüb

Bakı. 11 iyul. REPORT.AZ/ İŞİD-in liderlərindən biri Hafiz Səid Əfqanıstanın şərqində Nanqahar əyalətində Əfqanıstan-Pakistan sərhədində öldürülüb.

"Report" "BBC"-yə istinadən xəbər verir ki, bunu Əfqanıstan Milli Təhlükəsizlik İdarəsi bildirib.

Xəbərə görə, ölkə xüsusi xidmət orqanlarının dəstəyi ilə iyulun 11-də gerçəkləşdirilən hava zərbələri nəticəsində İŞİD-in 30 silahlısı zərərsizləşdirilib.

İŞİD Hafiz Səidin öldürülməsini hələ təsdiqləməyib.