İŞİD İraqda polis postuna hücum edib: ölənlər və yaralananlar var
Digər ölkələr
- 17 avqust, 2017
- 03:59
Bakı. 17 avqust. REPORT.AZ/ İŞİD terrorçuları İraqın Səlahəddin vilayətinin Bayci şəhərində polis postuna hücum edib.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
İraq ordusunun zabiti Yasir ət-Temimi agentliyə verdiyi məlumatda bildirib ki, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş vermiş atışmada 7 nəfər həlak olub, 9 nəfər yaralanıb. İraqın təhlükəsizlik orqanındakı mənbə ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini xəbər verib. Hakimiyyət orqanları yerli sakinlərdən evlərini tərk etməməyi xahiş edib.
Bayci şəhəri paytaxt Bağdaddan 280 kilometr məsafədə yerləşir. Şəhər 2015-ci ildə İŞİD-dən azad edilib. Burada İraqın ən böyük neft emalı zavodu fəaliyyət göstərir.
Son xəbərlər
20:55
Video
Yunanıstanda qəzaya uğrayan qırıcının pilotları həlak olub – YENİLƏNİB
Hadisə20:53
İndoneziyada pulsuz yemək yüzlərlə şagirdi zəhərləyib
Digər ölkələr20:50
Türkiyədə tanınmış müğənni saxlanılıb
Region20:34
İranda neft tanker partlayıb, on nəfər ölüb
Region20:26
Premyer Liqa: "Sabah" "Zirə"ni böyük hesabla məğlub edib
Futbol20:24
Pyer Qasli "Formula-1" İtaliya Qran-prisinin təsnifat mərhələsini qazanıb
Formula 120:11
Zelenski: Sabah Kiyevdə Uitkoff və Kuşnerlə danışıqlar baş tutacaq
Digər ölkələr19:55
Türkiyədə aktyor evində ölü tapılıb
Region19:50