​İŞİD daha beş Rusiya vətəndaşını edam edib

Digər ölkələr
  • 09 dekabr, 2015
  • 04:11
​İŞİD daha beş Rusiya vətəndaşını edam edib

Bakı. 09 dekabr. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) yaraqlıları daha beş Rusiya vətəndaşını edam ediblər.

"Report" "LifeNews"a istinadən xəbər verir ki, bu barədə Şimali Qafqazın güc strukturlarındakı mənbələr məlumat veriblər.

İlkin məlumatlara görə, ruslar ekstremist təşkilatın "təhlükəsizlik xidməti" tərəfindən casusluqda şübhəli biliniblər. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.