İraqın Hərbi Hava Qüvvələri İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib

Digər ölkələr
  • 19 aprel, 2018
  • 19:47
İraqın Hərbi Hava Qüvvələri İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib

Bakı. 19 aprel. REPORT.AZ/ İraqın Hərbi Hava Qüvvələri İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın baş nazirinin administrasiyası bildirib.

Məlumatda qeyd edilir ki, hava zərbələri İŞİD-in İraq üçün təhlükə törətdiyi üçün endirilib. "Bundan əlavə, zərbələr regionda terrorçuluğa qarşı mübarizəyə töhfə verəcək", - deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, İraqın baş naziri Heydər əl-Abadi bir müddət əvvəl ölkəsində İŞİD üzərində tam qələbə qazanıldığını bəyan edib. Baş nazirin sözlərinə görə, buna baxmayaraq İraq İŞİD terrorçularına qarşı mübarizəni davam etdirəcək. 

44 - Tezliklə