İraqda partlayış baş verib: - 2 ölü, 13 yaralı

Digər ölkələr
  • 15 sentyabr, 2016
  • 19:08
İraqda partlayış baş verib: - 2 ölü, 13 yaralı

Bakı. 15 sentyabr. REPORT.AZ/ İraqda baş vermiş iki partlayışda 2 nəfər ölüb, 13 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi polisdəki mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, bombalardan biri Bağdadın şimal-şərqindəki bazarda partlayıb. Partlayış nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Səkkiz nəfərin xəsarət aldığı ikinci partlayış isə parkda qeydə alınıb.

Hələlik partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.