İraqda kafedə baş vermiş partlayışda 11 nəfər həlak olub
Digər ölkələr
- 12 oktyabr, 2017
- 00:55
Bakı. 12 oktyabr. REPORT.AZ/ İraqda kafedə baş vermiş partlayışda 11 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Xəbərdə bildirilir ki, hadisə Ənbar vilayətinin Hit şəhərində baş verib. Partlayış zamanı həmçinin daha 15 nəfər xəsarət alıb.
Parlayıcı qurğu kamikadze tərəfindən işə salınıb. Həlak olanların və xəsarət alanların hamısı dinc sakinlərdir.
İraqın təhlükəsizlik qüvvələri vilayətin qərbində İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirir. Hit hərbi əməliyyat meydanından təxminən 160 kilometr məsafədə yerləşir.
Son xəbərlər
21:57
Azərbaycanın Avrasiya nəqliyyat karkasının inkişafına yatırdığı investisiyalar artıb
İnfrastruktur21:56
Foto
UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB-3
Futbol21:50
Video
UEFA Konfrans Liqası: "Zirə" Estoniya klubuna məğlub olub - YENİLƏNİB-4
Futbol21:46
Video
Mahir Emreli "Rakuv"dakı ilk oyununda qol vurub
Futbol21:45
Aİ sanksiyalardan yayınmaq üçün Kulevidəki NEZ-ə tələbləri yerinə yetirməyə 6 ay vaxt verib
Digər ölkələr21:33
Rezai: ABŞ Prezidenti çarəsiz vəziyyətə düşüb
Region21:21
Aİ Yunanıstanın təkidi ilə Rusiya LNG-sinin daşınmasını yeni sanksiyalar paketindən xaric edib
Digər ölkələr21:13
Xankəndidə kafe yanıb, işçilər xəsarət alıb
Hadisə21:09