İraqda İŞİD-in hücumu nəticəsində 30-dan çox adam həlak olub
Digər ölkələr
- 10 iyun, 2017
- 16:40
Bakı. 10 iyun. REPORT.AZ/ İŞİD terror qruplaşması İraqın Mosul şəhərindən 100 kilometr cənubda yerləşən Şirkat şəhərinə hücum edib.
"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı İraq polisinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə şənbə günü baş verib. İraq polisinin xəbərinə görə, hücum nəticəsində azı 30 nəfər həlak olub. Ölənlər arasında hərbçilərlə yanaşı, mülki şəxslər də var.
"Reuters" isə hücum nəticəsində daha 40 nəfərin yaralandığını xəbər verib. Agentliyin xəbərində bildirilir ki, İraq hərbçiləri terrorçuların hücumunu dəf edib və İŞİD-in 10-dan çox silahlısı məhv edilib.
Son xəbərlər
18:25
"Fənərbağça"dan ayrılan Anderson Talişka "Əl-Cəzirə" klubuna transfer olunub
Futbol18:02
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
Analitika18:01
Foto
Gürcüstanlı bloqer və jurnalistlər Gəncəyə səfər ediblər
Media17:55
Azad olunmuş ərazilərə gedənlər şəhidlərin ruhuna hörmətlə yanaşmalıdırlar - RƏY
Daxili siyasət17:53
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub
Ekologiya17:47
Azərbaycanın U-17 qızlar millisi Bakıda toplanışa başlayıb
Futbol17:45
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
İnfrastruktur17:39
Xorvatiya ordusuna 544 milyon avro dəyərində yeni silah sistemləri alınacaq
Digər ölkələr17:33