İraqda baş verən partlayışda beş italiyalı hərbçi xəsarət alıb
Digər ölkələr
- 10 noyabr, 2019
- 16:40
İraqda baş verən partlayış zamanı beş italiyalı hərbçi xəsarət alıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, hərbçilər İraq təhlükəsizlik qüvvələrini terrorçu qruplara qarşı öyrədilməsi üçün missiyanın tərkibində olublar.
Yaralanan 5 hərbçiyə dərhal yardım göstərilib. Onlar ABŞ vertolyotları ilə evakuasiya edilərək xəstəxanaya aparılıb.
Beş yaralıdan üçünün vəziyyəti ağırdır. Lakin onların həyatı üçün təhlükə yoxdur.
Bildirilib ki, hadisə barədə hərbçilərin yaxınlarına məlumat verilib.
Son xəbərlər
11:09
Azərbaycan Premyer Liqasının III turu antirekordla əlamətdar olub
Futbol11:09
"E-müqavilə" altsistemində "Təhvil-təslim aktının yaradılması" funksiyası istifadəyə verilib
Digər11:07
Müctəba Xamənei 2577 məhkumun əfvi barədə tapşırıq verib
Region11:07
Sabunçuda 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Hadisə11:04
Bu il 89 uşaq övladlığa verilib
Sosial müdafiə11:00
Qəbələ-Bakı qatarının yoluna çıxan Ağdaş sakini həyatını itirib
İnfrastruktur11:00
Kürdəmirdə evdən 7 000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Hadisə11:00
Haaqa məhkəməsi Pakistanın xeyrinə qərar çıxarıb
Digər ölkələr10:57
Foto