İraqda Almaniyadan olan yeniyetmə qız İŞİD-ə qoşulduğuna görə həbs edilib

Digər ölkələr
  • 19 fevral, 2018
  • 00:56
İraqda Almaniyadan olan yeniyetmə qız İŞİD-ə qoşulduğuna görə həbs edilib

Bakı. 19 fevral. REPORT.AZ/ İraqda 17 yaşlı Almaniya vətəndaşı İŞİD terror təşkilatına qoşulduğuna görə, 6 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər vrir ki, bu barədə "Suddeutsche Zeitung" nəşri yazıb.

Bildirilir ki, yeniyetmə qızın cinayət işi üzrə dinləmələr Bağdadda aparılıb, lakin müttəhimin həddi-buluğa çatmaması səbəbindən prosesin təfərrüatları açıqlanmayıb.

Almaniya Xarici İşlər Nazirliyi mühakimə barədə məlumatı təsdiq etməyib.

Qız Mosulun İraq hərbçiləri tərəfindən terrorçulardan azad olunması zamanı tutulub.