​İraq ordusu Ramadi şəhərini terrorçulardan geri almağa hazırlaşır

Digər ölkələr
  • 01 dekabr, 2015
  • 00:53
​İraq ordusu Ramadi şəhərini terrorçulardan geri almağa hazırlaşır

Bakı. 01 dekabr. REPORT.AZ/ İraqın ordu komandanı, general Əbdülvəhhab əs-Səədi Ramadi sakinlərinə şəhəri boşaltmaq xahişi ilə müraciət edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

İraqın mərkəzi hissəsində yerləşən Ramadi şəhəri artıq bir neçə aydır "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) əlindədir. General Əs-Səədinin sakinlərə müraciəti ondan xəbər verir ki, İraq ordusu şəhərin azad edilməsi istiqamətində əməliyyat hazırlayır.

Generalın müraciəti milli televiziya vasitəsi ilə yayımlanıb. Əs-Səədi şəhərliləri Ramadidən cənuba getməyə çağırıb.