İraq ordusu İŞİD-in növbəti hücumunun qarşısını alıb, 40 terrorçu məhv edilib
Digər ölkələr
- 25 sentyabr, 2016
- 16:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 sentyabr. REPORT.AZ/ İraq hərbçiləri İŞİD terror birləşməsinin ölkənin qərbindəki Hit şəhərinə hücumunu dəf edib.
"Report"un məlumatına görə, bu barədə "Al Sumaria" telekanalı ordunun yüksək rütbəli zabitlərindən birinə istinadən xəbər yayıb.
Məlumatda bildirilir ki, əməliyyat zamanı terror qruplaşmasının 40 üzvü öldürülüb.
"İŞİD Hit şəhərinə hücum etdi. Yaşayış məntəqəsini raketlərdən, minaatanlardan və digər silahlardan atəşə tutdu. Koalisiyanın təyyarələri, milli Hərbi Hava Qüvvələri və artilleriya hücumun qarşısını aldı, 40 İŞİD üzvünü məhv etdi" – deyə general-mayor Qasim əl-Məhəmmədi telekanala bildirib.
Hit şəhərinin meri isə bildirib ki, hazırda vəziyyətə nəzarət olunur.
Son xəbərlər
12:55
Yaponiya ordu yaratmaqla bağlı Konstitusiyanı dəyişməyi müzakirə edir
Digər ölkələr
12:45
İran XİN rəhbəri: Regionda xarici qüvvələrin mövcudluğu sıfıra endirilməlidir
Region
12:26
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Ekologiya
12:07
Fransa Polineziyasının nümayəndəsi: "Bakıda keçirilən yarışda əsas məqsəd gənc futbolçuları dəstəkləməkdir"
Komanda
11:52
Aleksandar Vuçiç xanımı ilə birlikdə səsvermədə iştirak edib
Digər ölkələr
11:45
Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub
Digər ölkələr
11:39
Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir
Digər ölkələr
11:38
İzabel Bearune: Dünya çempionatında iştirak etmək gənclərimiz üçün böyük fəxrdir
Komanda
11:27
Foto
Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Bakıda aksiya keçiriblər
Futbol