​İraq ordusu əl-Fəllucanın azad edilməsi üçün əməliyyata başlayıb

Digər ölkələr
  • 07 iyul, 2015
  • 07:34
​İraq ordusu əl-Fəllucanın azad edilməsi üçün əməliyyata başlayıb

Bakı. 7 iyul. REPORT.AZ/ İraq ordusu könüllülərlə birlikdə İŞİD-in nəzarəti altında olan strateji əl-Fəlluca şəhərinin azad edilməsi üçün irimiqyaslı əməliyyata başlayıb.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Xəbərə görə, paytaxt Bağdaddan 69 km aralıda yerləşən əl-Fəlluca şəhərinin ətrafındakı ərazi terrorçulardan təmizlənib. Bununla da şəhər tam mühasirəyə alınıb. 

Məlumata görə, İŞİD-in əl-Fəllucadakı qüvvələrinin təchizat yolu da bağlanıb.