İraq hökuməti ilə kürdlər arasında atəşkəs rejimi uzadılıb

Digər ölkələr
  • 29 oktyabr, 2017
  • 11:26
İraq hökuməti ilə kürdlər arasında atəşkəs rejimi uzadılıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ İraqın hökumət qüvvələri ilə Kürd hərbiləşdirilmiş birləşmələri ("peşmərgə") hərbi əməliyyatların dayandırılması rejiminin uzadılması barədə razılıq əldə ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Shafaq News" xəbər portalı məlumat yayıb.

Bildirilir ki, razılaşma İraq Silahlı Qüvvələri komandanlığı və "peşmərgə" nümayəndələri arasında əldə olunub. Görüş ABŞ-ın rəhbərlik etdiyi anti-terror koalisiyası nümayəndələrinin iştirakı ilə baş tutub.

"Kurdistan 24" telekanalının məlumatına görə, atəşkəs rejimi tərəflər mübahisəli ərazilər, eləcə də sərhəd məntəqələrinin birgə idarəsini razılaşdırana qədər qüvvədə qalacaq.

44 - Tezliklə