İranın nüvə proqramına dair danışıqlar daha bir həftə davam edəcək

Digər ölkələr
  • 29 iyun, 2015
  • 21:31
İranın nüvə proqramına dair danışıqlar daha bir həftə davam edəcək

Bakı. 30 İyun. REPORT.AZ/ “Altılıq” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) ilə İran arasında Vyanada aparılan danışıqlar əvvəlcədən bəyan edildiyi kimi iyunun 30-da yekunlaşmayacaq. Buna səbəb Tehranın nüvə proqramı ilə bağlı danışıqlarda sanksiyaların götürülməsi dair razılığın əldə olunaması göstərilir.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, danışıqlar prosesi ən azı bir həftə uzanacaq.

İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bundan əvvəl bəyan etmişdi ki, Tehrana tətbiq olunan sanksiyalar dərhal götürülməlidir. Ancaq Qərb dövlətləri bu prosesin mərhələli şəkildə aparımasını istəyir.