İranda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb
Digər ölkələr
- 16 aprel, 2017
- 07:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 aprel. REPORT.AZ/ İranda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
"Report" "Asna" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Fövqəladə Hallar Təşkilatının rəhbəri İsmayıl Nəcar bildirib.
Xəbərdə bildirilir ki, daha 22 nəfər itkin düşmüş hesab olunur.
Təbii hadisədən daha çox Şərqi Azərbaycanın Azərşəhr və Əcəbşir, habelə Kürdüstan, Ərdəbil, Zəncan vilayətləri zərər çəkib.
Daşqınlar ölkənin şimal-qərbində yağan güclü yağışlar nəticəsində baş verib. Nəticədə çaylar daşaraq körpüləri və kommunikasiyanı dağıdıb. Güclü sel nəticəsində həmçinin nəqliyyat vasitələri də ziyan çəkib.
Son xəbərlər
05:12
ABŞ "Bank of America"nı cərimələyib
Digər ölkələr
04:36
ABŞ Nikaraquadakı müvəqqəti işlər vəkilini məsləhətləşmələr üçün geri çağırır
Digər ölkələr
04:08
Aİ Bosniya və Herseqovinada gömrük əməliyyatları üçün 1 milyon avro ayırır
Digər ölkələr
03:43
Bu gün Yevlaxın bir sıra ərazilərində işıq kəsiləcək
Energetika
03:23
Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqları üçün iki yeni klaster açıb
Region
02:57
Türkiyə Aİ-dən onu "Made in EU" sənaye strategiyasına daxil etməyə çağırıb
Digər ölkələr
02:45
Belçikanın müdafiə naziri Avropanı "TikTok"a qarşı tədbir görməyə çağırıb
Digər ölkələr
02:16
"Forbes": İlon Mask yenidən trilyoner statusunu itirib
Digər ölkələr
02:07
Netanyahu seçki ərəfəsində İsrailə hücum təhdidi ilə bağlı xəbərdarlıq edib
Digər ölkələr