İndoneziyanın Lombok adası sahillərində güclü zəlzələ olub

Digər ölkələr
  • 19 avqust, 2018
  • 05:16
İndoneziyanın Lombok adası sahillərində güclü zəlzələ olub

Bakı. 19 avqust. REPORT.AZ/ İndoneziyanın Lombok adası sahillərində 6,3 maqnituda gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.

Təkanlar Bakı vaxtı ilə səhər saat 08:10 radələrində adanın şimal sahillərində qeydə alınıb.

Hazırda təbii fəlakət nəticəsində dağıntı və tələfat barədə məlumat yoxdur.

Avqustun 5-də Lombok adasında baş vermiş zəlzələ nəticəsində təqribən 400 nəfər həyatını itirib.

44 - Tezliklə