​İndoneziyada təyyarənin qəzaya uğradığı yerdə 38 cəsəd tapılıb

Digər ölkələr
  • 18 avqust, 2015
  • 04:00
​İndoneziyada təyyarənin qəzaya uğradığı yerdə 38 cəsəd tapılıb

Bakı. 18 Avqust. REPORT.AZ/ İndoneziyanın "Trigana" aviaşirkətinə məxsus "ATR 42-300" tipli sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə xilasedicilər tərəfindən 38 cəsəd aşkar edilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Nəqliyyat Nazirliyinin nümayəndəsi məlumat verib.

"Hadisə yerində 37 böyük və 1 uşaq meyiti aşkar edilib", - deyə o bildirib.

Dövlət rəsmisi qeyd edib ki, hava şəraitinin pis olması səbəbindən ölənlərin cəsədini təxliyə etmək mümkün olmayıb.