İndoneziyada güclü zəlzələ nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb - ƏLAVƏ OLUNUB
- 15 dekabr, 2017
- 20:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 dekabr. REPORT.AZ/ Dekabrın 16-na keçən gecə İndoneziyanın Yava adasının cənub sahillərində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində Çiamis dairəsində (Qərbi Yava əyaləti) azı 1 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli Təbii Fəlakətlərin Qarşısının alınması üzrə Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqroxoya istinaadən "Channel NewsAsia" məlumat yayıb.
Telekanalın məlumatına görə, ölən şəxsin 62 yaşı olub.
Bildirilir ki, paytaxt Cakartada da hiss olunan yeraltı təkanlar nəticəsində həmçinin 5 nəfər xəsarət alıb.
***
Bakı. 16 dekabr. REPORT.AZ/ İndoneziyada 6,5 maqnituda gücündə zəlzələ baş verib.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.
Yeraltı təkanlar Yava adasının qərb sahilində qeydə alınıb. Onun ocağı yerin 92 km dərinliyində olub.
Yerli hökumət zəlzələ nəticəsində Yava sahillərində dağıntı və tələfatın olduğu bildirib. Hazırda ölənlərin dəqiq sayı məlum deyil.