İndoneziyada 5,1 bal gücündə yeni zəlzələ baş verib

Digər ölkələr
  • 01 oktyabr, 2018
  • 08:09
İndoneziyada 5,1 bal gücündə yeni zəlzələ baş verib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu gün İndoneziyada 5,1 maqnitudada yeni zəlzələ baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidmətindən bildirilib.

Məlumata görə, yeraltı təkanların episentri, təxminən, 282 min əhalisi olan Palu şəhərindən 101 km şimal-qərbdə olub. Zəlzələ ocağı isə 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat verilməyib.

Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi əyalətində 7,4 maqnituda gücündə zəlzələ baş verib, təxminən, son iki sutkada isə 170 təkrar təkan qeydə alınıb. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 1200-dən çox insan ölüb, yüzlərlə adam ağır yaralanıb.