​İndoneziya sahillərində sərnişin gəmisi qəzaya uğrayıb

Digər ölkələr
  • 20 dekabr, 2015
  • 02:54
​İndoneziya sahillərində sərnişin gəmisi qəzaya uğrayıb

Bakı. 20 dekabr. REPORT.AZ/ İndoneziyanın Sulavesi adası sahillərində göyərtəsində 100-dən çox sərnişinin olduğu gəmi qəzaya uğrayıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Kolaka limanından Cənubi Sulavesi əyalətinə istiqamət alan gəmi, hələ tam olaraq batmayıb.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Gəminin göyərtəsində, müxtəlif məlumatlara görə, heyət üzvləri də daxil olmaqla 108-dən 122-dək adam olub.

Qəzanın hansı səbəbdən baş verdiyi, həmçinin sağ qalanın olub-olmadığı barədə məlumat yoxdur.