"Hyundai" 50 mindən çox avtomobili geri çağıracaq
Digər ölkələr
- 24 dekabr, 2025
- 14:47
"Hyundai" şirkəti ABŞ-də qoşqunun qoşulması üçün nəzərdə tutulmuş naqil dəstəsindəki qüsur səbəbindən 51 587 avtomobili geri çağırıb.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin milli yol hərəkəti təhlükəsizliyi idarəsi bildirib.
Bu qüsur qısa qapanma və yanğına səbəb ola bilər.
"Ehtiyat tədbiri olaraq, təmir tamamlanana qədər avtomobil sahiblərinə küçədə və binalardan uzaqda park etmələri tövsiyə edilib. Dilerlər naqil dəstəsini təmənnasız dəyişəcək", - idarə qeyd edib.
Daha əvvəl "Hyundai" ABŞ-dən 135 386 "Santa Fe" avtomobilini geri çağırdığını elan etmişdi. Məsələ ondadır ki, avtomobillərdə starter düzgün quraşdırılmayıb, bu da gələcəkdə qəza zamanı qısa qapanma və ya yanğın yarada bilər.
Son xəbərlər
20:03
Uzun illər blokadada olan Naxçıvanın qarşısında indi yeni imkanlar açılıb - RƏY
Daxili siyasət20:01
Mladenov: Sülh Şurası HƏMAS-la maliyyə sazişi bağlamayıb
Digər ölkələr19:55
"Sabah" bəyanat yayıb: "Baş verən hadisəyə görə UEFA ilə əməkdaşlığa hazırıq"
Futbol19:46
Bu ilin ikinci Günəş tutulması başlayıb
Elm və təhsil19:32
Mahmud Abbas: Məkkə sazişi İslam ölkələrinin maraqlarını müdafiə edə bilər
Region19:24
Paşinyan və Zelenski regiondakı vəziyyəti müzakirə ediblər
Region19:20
Kürdə bir nəfər batıb
Hadisə19:19
Video
Naxçıvan Regional DOST Mərkəzində gün ərzində 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur
Sosial müdafiə19:13