Husilərin Moxa limanına hücumu zamanı həlak olanlar var - YENİLƏNİB
- 09 avqust, 2026
- 16:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Husilərin Yəmənin Moxa limanına səhər saatlarında etdiyi hava hücumu nəticəsində azı yeddi nəfər həlak olub.
"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi bildirib.
Daha əvvəl husilər hədəfin Səudiyyə Ərəbistanı qüvvələri və silah anbarları olduğunu bildirərək, hücuma görə məsuliyyəti öz üzərlərinə götürüblər.
İnsidentin digər təfərrüatları hələlik açıqlanmır.
"Ənsar Allah" hərəkatından olan husilər Qırmızı dəniz sahilindəki Moxa limanına zərbələr endiriblər.
"Report" xəbər verir ki, bu barədə Yəmən hərbi mənbələrinə istinadən "Al Arabiya" telekanalı məlumat yayıb.
"Husi dəstələri Moxa limanına raketlər və pilotsuz uçuş aparatları ilə hücum ediblər", - məlumatda bildirilir.
Mümkün dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
Qeyd edək ki, Moxa limanı Yəmənin cənub-qərbindəki Taiz əyalətində yerləşir və hökumət qüvvələrinin nəzarəti altındadır.