Husilər BMT əməkdaşlarını İsraillə əlaqələrə görə mühakimə edəcəklər

Digər ölkələr
  • 01 noyabr, 2025
  • 05:16
Husilər BMT əməkdaşlarını İsraillə əlaqələrə görə mühakimə edəcəklər

BMT missiyasının Yəməndə saxlanılan əməkdaşları 2025-ci ilin avqustunda İsrailin hava hücumunda iştirak etmək şübhəsi ilə məhkəmə qarşısına çıxarılacaqlar.

"Report"un məlumatına görə, bu barədə husilərin yaratdığı hökumətdə xarici işlər naziri vəzifəsini icra edən Əbdül Vahid Əbu Ras "Reuters" agentliyinə bildirib.

"Təhlükəsizlik xidmətləri tərəfindən görülən tədbirlər tam məhkəmə nəzarəti altında həyata keçirilib. Prokurorluq atılan hər bir addım barədə məlumatlandırılıb", - o bildirib.

Onun sözlərinə görə, bu prosesin məhkəmə araşdırmasından və məhkəmə qərarlarından sonra başa çatacağına əmin olmaq olar.

Xatırladaq ki, 18 oktyabrda husilər Yəməndəki BMT əməkdaşlarını casusluqda ittiham edərək saxlayıblar. BMT-nin məlumatına görə, "Ənsar Allah"ın silahlı üzvləri əvvəlcədən xəbərdarlıq etmədən əraziyə daxil olublar. Dindirmədən sonra Yəmənin 11 vətəndaşı sərbəst buraxılıb. Lakin husilər 15 xarici vətəndaş da daxil olmaqla 20 əməkdaşı saxlamağa davam ediblər, ancaq qısa müddət sonra onları azad ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti