Hörmüz boğazında tankerə hücum edilib, 2 nəfər yaralanıb

Digər ölkələr
  • 21 sentyabr, 2026
  • 14:19
Hörmüz boğazında tankerə hücum edilib, 2 nəfər yaralanıb

Hörmüz boğazından keçən tanker naməlum mərmi zərbəsinə məruz qalıb, heyətin 2 üzvü yüngül xəsarət alıb.

Bu barədə "Report" UKMTO-nun "X" sosial şəbəkəsindəki bəyanatına istinadən xəbər verir.

"İki heyət üzvü yüngül xəsarət alıb. Gəmi növbəti təyinat limanına doğru hərəkətini davam etdirib. Hazırda ətraf mühitə dəyən zərər barədə məlumat yoxdur", - məlumatda bildirilib.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə