Honq-Konqda yanğın nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb - YENİLƏNİB-5

Digər ölkələr
  • 28 noyabr, 2025
  • 11:31
Honq-Konqda yanğın nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb - YENİLƏNİB-5

Honq-Konqda yaşayış kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"South China Morning Post"un məlumatına görə, ölənlər arasında bir yanğınsöndürən də var.

Binalarda hələ də 16 meyit qalır. 76 nəfər xəsarət alıb, onlardan 11-i yanğınsöndürəndir.

Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksindəki yanğında ölənlərin sayı 94-ə yüksəlib.

"Report" "Sinxua" agentliyinə istinadla xəbər verir ki, hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir.

Bundan əvvəl 83 nəfərin öldüyü bildirilirdi.

Hadisə yerinə 300-dən çox yanğınsöndürmə və xilasetmə avtomobili, eləcə də 1200-dən çox yanğınsöndürən cəlb olunub.

Qeyd edək ki, noyabrın 26-da günortadan sonra dünyanın ən sıx məskunlaşılan və ən çox hündür binaların olduğu şəhərlərindən olan Honkonqun Tay Po rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğın binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başlayıb və küləyin təsiri ilə sürətlə yayılıb.

Honkonqun sığorta sektorunun son 70 ildə ən güclü olan Tay Po yanğını ilə əlaqədar rekord məbləğdə - 2,6 milyard Honkonq dolları (334 milyon dollar) məbləğində iddialarla üzləşəcəyi gözlənilir. Yanğın yeddi binaya ciddi ziyan vurub.

Honq-Konqun Tay Po rayonundakı yaşayış kompleksində baş verən yanğın zamanı həlak olanların sayı 83-ə çatıb, onların arasında bir yanğınsöndürən də var.

"Report" xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb.

Qeyd olunub ki, xilasetmə əməliyyatları zamanı yanğınsöndürənlər binanın mərtəbələrindən birinin pilləkənlərində sağ qalan şəxsi xilas ediblər.

Honq-Konqun Tay Po rayonundakı yaşayış kompleksində baş verən yanğın zamanı həlak olanların sayı 75-ə çatıb.

"Report" "Sinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə departamenti məlumat yayıb.

Honq-Konqun Tay Po rayonundakı yaşayış kompleksində baş verən yanğın zamanı həlak olanların sayı 65-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

70 nəfər yaralanıb, onlardan 10-nu yanğınsöndürənlərdir. Bundan başqa, 62 nəfər hələ də binalarda köməksiz vəziyyətdə qalıb. Tammiqyaslı xilasetmə əməliyyatları davam edir. Kompleksdəki səkkiz yaşayış blokunda 2024-cü ilin iyul ayından təmir işləri aparılır.

Hakimiyyət orqanları təmir işlərində istifadə olunan tez alışan penopolistirolun yanğının sürətlə yayılmasına səbəb olduğunu bildirir.

Honq-Konqun Tay Po bölgəsində yaşayış kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı 55-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb.

Daha əvvəl yaşayış kompleksində yanğınla əlaqədar üç nəfərin saxlanıldığı bildirilmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti