"Hizbullah" hərəkatının tanınmış lideri Suriyada qətlə yetirilib

Digər ölkələr
  • 20 dekabr, 2015
  • 06:59
Hizbullah hərəkatının tanınmış lideri Suriyada qətlə yetirilib

Bakı. 20 dekabr. REPORT.AZ/ Livanın "Hizbullah" hərəkatının tanınmış liderlərindən birisi hesab olunan Samir Kuntar bu gün səhər Suriyanın paytaxtı Dəməşq şəhərinin yaxınlığında İsrail Hərbi Hava Qüvvələrinin raket zərbəsi nəticəsində qətlə yetirilib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Kuntarın ölümü xəbərini onun qardaşı "Facebook" vasitəsi ilə yayıb.

Fələstin Azadlıq Hərəkatına aktiv dəstəyi ilə tanınan Samir Kuntar 1979-ci ildə İsraildə terror aktı törətdikdən sonra uzun illər həbsxanada kiçirmişdi və ancaq 2008-ci ildə azadlığa buraxılmışdı.