Hindistanın xarici işlər naziri: "Əfqanıstanda oğurlanmış vətəndaşımız azad olunub"

Digər ölkələr
  • 23 iyul, 2016
  • 03:59
Hindistanın xarici işlər naziri: Əfqanıstanda oğurlanmış vətəndaşımız azad olunub

Bakı. 23 iyul. REPORT.AZ/ Hindistanın Əfqanıstanda oğurlanmış vətəndaşı azad olunub. 

"Report"un məlumatına görə, bu barədə Hindistanın xarici işlər naziri Suşma Svaraj məlumat verib.

Nazirin sözlərinə görə, Əfqanıstanda oğurlanan hind vətəndaşı artıq yarım aydır azadlıqdadır.

"Mən məmnuniyyətlə bildirirəm ki, Cudit D Souz azad eilib. Onun xilas edilməsində göstərdiyi kömək və dəstəyə görə Əfqanıstana minnətdarlığımı bildirirəm" - deyə Hindistanın xarici işlər naziri özünün Twitterində yazıb.

44 filmi