Hindistanın şərqində bayram festivalı zamanı 7 nəfər ölüb

Digər ölkələr
  • 17 noyabr, 2015
  • 16:51
Hindistanın şərqində bayram festivalı zamanı 7 nəfər ölüb

Bakı. 17 noyabr. REPORT.AZ/ Hindistanın şərqində Bihar ştatının Madhubani şəhərində yüksək gərginlikli elektrik naqilinin qırılaraq düşməsi nəticəsində 7 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "The Hindu" qəzetinin elektron versiyası xəbər verir.

Faciə insan axının gur olduğu küçədə baş verib. Hadisə Çath bayramı münasibətilə keçirilən festival zamanı meyvə-tərəvəz satışı təşkil edilən küçədə qeydə alınıb.

Məlumata görə, 6 nəfər yerindəcə ölüb. Daha bir nəfərin xəstəxanada keçindiyi bildirilir.

Ştatın baş naziri Nitiş Kumar hadisənin səbəblərini araşdırmağı tapşırıb.

O, həlak olanların ailələrinə maddi yardım ediləcəyinə söz verib.