​Hindistanda yol-nəqliyyat hadisəsində 11 nəfər həlak olub

Digər ölkələr
  • 10 aprel, 2016
  • 22:57
​Hindistanda yol-nəqliyyat hadisəsində 11 nəfər həlak olub

Bakı. 11 aprel. REPORT.AZ/ Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatında minik avtomobilinin, yük maşınının və motorollerin toqquşması ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 11 nəfər həyatını itirib.

"Report"un məlumatına görə, hadisə Visakxapatnam portundan 30 kilometr aralıdakı şosedə baş verib.

Qəzaya səbəb içində 9 nəfərin olduğu minik avtomobilin qısa baryeri qəflətən keçərək əks istiqamətdən gələn yük maşınıyla toqquşması olub.

Hər üç avtomobilin sürücüsü, habelə 8 sərnişin yerindəcə həlak olub.