Hindistanda xəstəxanada yanğın zamanı 13 koronavirus xəstəsi həlak olub
Digər ölkələr
- 23 aprel, 2021
- 03:37
Hindistanın Maxaraştra ştatında xəstəxanalardan birində baş vermis güclü yanğın nəticəsində reanimasiya şöbəsinin azı 13 pasiyenti həlak olub.
“Report” xəbər verir ki, bu barədə ANI informasiya agentliyi bildirib.
Məlumata görə, yanğın koronavirus xəstələrinin müalicə edildiyi xəstəxanada baş verib. Xəstəxananın digər pasiyentləri yaxınlıqdakı tibb müəssisələrinə köçürülüblər.
Yanğınsöndürənlər alovu söndürmək üçün təxminən iki saat vaxt sərf ediblər. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.
Qeyd edək ki, bu, son günlər Hindistanda xəstəxanada baş vermiş növbəti bədbəxt hadisədir.
Aprelin 21-də bu ştatın başqa xəstəxanasında oksigen sızması baş verib. Nəticədə süni tənəffüs aparatlarına qoşulmuş 22 pasiyent həlak olub.
Son xəbərlər
18:35
Foto
Bolqarıstan nümayəndə heyəti Azərbaycanda səfərdədir
Hərbi18:27
Foto
İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub
Xarici siyasət18:26
Akjan adlı axaltəkə madyanı Astananın yeni mədəni simvolu olub
Region18:26
Foto
"Bank of Baku"dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Maliyyə18:17
Deputat: "Azərbaycanda rəqəmsal dövlət xidmətləri əlverişli formada təqdim ediləcək" - RƏY
İKT18:10
UEFA Millətlər Liqası: Azərbaycan millisinin ev oyunlarının məkanları açıqlanıb
Futbol18:06
Foto
Azərbaycan və Türkiyə ədliyyə sahəsində əməkdaşlığı genişləndirəcək
Xarici siyasət18:04
Haaqada fermerlərin etiraz aksiyalarında polis beş nəfəri saxlayıb
Digər ölkələr17:59